featured-image-14366

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində səfərdə “Olimpiakos” üzərində parlaq qələbə qazandı. Bu oyundan əvvəl diqqət həm də Yunanıstan klubunun ulduz futbolçularına yönəlmişdi.

Baş məşqçi Miçel Marselonu 60-cı dəqiqədə meydana buraxdı. “Real”la 5 dəfə Çempionlar Liqasını qazanan braziliyalı futbolçunun Pirey klubundakı debütü uğurlu olmadı. O,  oyuna girdikdən 8 dəqiqə sonra Ovusu Kvabena hesabı açdı. 82 və 86-cı dəqiqələrdə isə Veçoviç və Şeydayevin qolları ilə “Olimpiakos” nokauta düşdü.

Msport.az xəbər verir ki, yunanıstanlı fotoreportyor Marselonun necə aciz duruma düşdüyünü lentin yaddaşına ustalıqla köçürüb.

media-marselo-1

Birinci kadrda o, sanki hələ nə baş verdiyini anlamır.

İkinci kadrda braziliyalı müdafiəçi başanı tutub və utandığından gözlərini aşağı dikib.

media-marselo-2

3-cü kadr Marselo nə komanda yoldaşlarının, nə də azarkeşlərin üzünə baxa bilir. Yerində donub qalıb və bu məğlubiyyətin şokundan ayıla bilmir.

media-marselo-3

Nəhayət, dördüncü kadr: Marselo başa düşür ki, onun 34 yaşı var. 6 dəfə La Liqanın qalibi olub. Ona “Olimpiakos”da böyük ulduz, xilaskar kimi baxırlar. Özünü çətinliklə də olsa ələ alır və yerdə pərişan halda oturmuş Abubakar Kamaranı ayağa qaldırır ona təsəlli verir.

media-marselo-4

 

 

Bənzər xəbərlər