featured-image-12637

PSJ-nin hücumçusu Kilian Mbappe komanda yoldaşı Əşrəf Hakimi ilə kobud davranıb.

Msport.az “Mirror”a istinadən xəbər verir ki, bu, Paris klubunun oyunlarının birində fasilədə baş verib. İnternetdə futbolçuların dəhlizdəki dialoqunu əks etdirən video yayılıb. Görünür hər iki oyunçu Hakiminin Mbappeyə ötürmə vermədiyi epizodu müzakirə edirlərmiş.

Mbappe Hakimiyə: “Mən and içirəm, sadəcə videoya bax”.

Hakimi: “Əgər belədirsə, bağışla”.

Mbappe: “Üzr istəmək kifayət deyil. Sən mənə ötürmə verməlisən”.

Bu dialoq PSJ-nin ötən mövsümdəki ev oyunlarının birində qeydə alınıb.

Bənzər xəbərlər