featured-image-48514

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdo üzrə dünya çempionu olan Zelim Kotsoyevi təbrik edib. Msport.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə rəsmi səhifəsində paylaşım edib:

“İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”

 

Bənzər xəbərlər