"Mən 3 dəfə Azərbaycan çempionu oldum, Starkovda alınmadı"
“Neftçi”nin sabiq futbolçusu İqor Mitreski “Spartak”da çıxış edərkən baş məşqçi Aleksandr Starkovla münasibətlərinin yaxşı olmamasını xatırlayıb.
Msport.az xəbər verir ki, makedoniyalı müdafiəçi Matç.tv-yə müsahibəsində latviyalı mütəxəssislə Azərbaycanda görüşdüyünü də deyib:
“Starkov sadəcə məni komandasında görmək istəmirdi. Bu işdə baş verə biləcək məqam idi. O, öz tanış uşaqlarını çağırmışdı, Dedura Yençini kluba dəvət etmişdi. Fikirləşirdi ki, mən onlardan pisəm. Dedim ki, “pisəmsə, mənə getmək daha asan olacaq”. Sonra biz Azərbaycanda rastlaşdıq. Mən orda 3 dəfə çempion oldum, Starkovda isə alınmadı. Bir neçə dəfə onunla üz-üzə gəldik, görüşdük, hal-əhval tutduq. Ona yalnız uğurlar arzuladım, o da həmçinin. Niyə inciməliyəm ki? Həyatda yalnız irəli baxmağa çalışıram. Beş-on il ərzində küsülü qalmaq isə mənasız bir şeydir”.
Xatırladqq ki, Mitreski 2010-2014-cü illərdə “Neftçi”nin formasını geyinib. O, 2001-2004-cü illərdə “Spartak”da çıxş edib.
AYXAN







