Millimizlə oyundan əvvəl kapitanları zədələndi
UEFA Millətlər Liqasının növbəti turunda Azərbaycan millisi ilə qarşılaşacaq Lixtenşteyn yığmasının kapitanı Nikolas Hasler zədələnib.
Msport.az xəbər verir ki, bu səbəbdən o, millimizlə oyunu buraxacaq. 35 yaşlı yarımmüdafiəçi şənbə günü klubu “Vaduts”un “Sion”la matçında zədələnib.
Baş məşqçi Konrad Fünfştük Haslerin əvəzinə Manuel Mikusu yığmaya çağırıb. 27 yaşlı futbolçu Niderlandın AVV “Swift” klubunda çıxış edir.
Fünfştük kapitanın yoxluğunun komanda üçün ciddi itki olduğunu bildirib.
Qeyd edək ki, Lixtenşteyn noyabrın 13-də “Reynpark” stadionunda Azərbaycan millisini qəbul edəcək.







