featured-image-15236

“Uğur qazanmaq üçün bu yola çıxmışam. Bunu hamıdan çox mən istəyirəm”.

Bunu Msport.az-a açıqlamasında milli komandamızın və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli deyib. 25 yaşlı futbolçunun son vaxtlar Xorvatiya klubunda əsas heyətə düşməməsinə münasibəti belə olub:

“Əsas heyətə düşməməyimlə bağlı mənimlə əlaqədar heç bir problem yoxdur. Məşqlərimi edirəm, formamı qorumaq üçün rejimimə fikir verirəm. Düzünü desəm, Azərbaycanda azarkeşlərin mənə görə narahatlıq keçirdiklərini düşünmürəm. Narahat olanlar varsa, onlara da təşəkkür edirəm”.

Yığmamızın üzvü “Dinamo”nun baş məşqçisi Ante Çaçiçlə münasibətlənin normal olduğunu bildirib: “Münasibətlərimiz işgüzar səviyyədə – məşqçi və futbolçu kimidir. Məşqçinin qərarları müzakirə olunmur. Ona görə də onunla heç bir danışığımız olmayıb. Sadəcə üzərimə düşəni edirəm. Mənim “Dinamo” ilə davam edən müqaviləm var”.

 

Bənzər xəbərlər