featured-image-82684

Lionel Messi karyerasında 49-cu titulu qazanıb.

Msport.az xəbər verir ki, argentinalı futbolçunun çıxış etdiyi “İnter Mayami” Kampeones kubokunda Meksikanın “Kruz Asul” klubunu 2:0 hesabı ilə məğlub edib.

Ulduz futbolçu buna qədər “Barselona”da 35, PSJ-də 3, “İnter Mayami”də isə 5 titul qazanmışdı.

Messi Argentina millisində də 6 titula sahib olub.

39 yaşlı hücumçu 2023-cü ildən “İnter Mayami”də çıxış edir. O, bu mövsüm 27 oyunda 23 qol vurub və 14 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər