featured-image-71266

Argentina millisinin kapitanı Lionel Messi “Barselona”da keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib.

Msport.az xəbər verir ki, superulduz klubun hazırkı baş məşqçisi Joan Laportaya meydan oxumaqda qərarlıdır.

Həmçinin qeyd olunub ki, Messi qalib gəlmək şansı real olan namizəd tapsa, namizədliyini onun xeyrinə irəli sürməyəcək. Dörd il əvvəlki həmin seçkilər zamanı Messi açıq şəkildə Laportanı dəstəkləmişdi, lakin müqavilənin yenilənməməsi münasibətlərin korlanmasına səbəb oldu. O, sonda klubu tərk edərək PSJ-yə keçdi.

Budəfəki seçkilərin martın 15-dən iyunun 15-dək keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə Kataloniya təmsilçisinin formasını geyinib. O, 2023-cü ildən “İnter Mayami”də oynayır.

Bənzər xəbərlər