featured-image-85218

Türkiyə millisinin sabiq üzvü Emre Mor karyerasını müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu sağlamlığı ilə bağlı problemlərin yarandığını deyib.

O, bu mövsümü Niderlandın “NEK Neymegen” klubunda başlasa da, onun müqaviləsinə xitam verilib.

“Uzun illər sağlamlığımla bağlı gərgin mübarizədən sonra mən çətin bir qərar qəbul etdim: müvəqqəti olaraq peşəkar futboldan uzaqlaşmaq. Mənim ürəyim hələ də oynamaq istədiyimi deyir, lakin bədənim deyir ki, indi istirahət lazımdır.” – Emre Mor belə deyib.

Bənzər xəbərlər