Murad Məmmədov Konfrans Liqası üçün sifariş ərizəsində
Murad Məmmədov Kiprin “Pafos” klubunun UEFA Konfrans Liqası üçün sifariş ərizəsinə daxil edilib.
Msport.az xəbər verir ki, Mumi Nqamaleun zədələnərək uzun müddətə sarıdan çıxdıqdan sonra baş məşqçi belə qərar verib.
Baş məşqçisi Rikardo Sa Pinto Nqamaleunun əvəzinə azərbaycanlı hücumçunu seçib.
Kamerunlu cinah oyunçusu zədə səbəbindən qarşıdakı bir neçə ay ərzində komandasına kömək edə bilməyəcək.
Daha əvvəl “Pafos”un avrokuboklar üçün sifariş ərizəsinə Məmmədov və ya Zaqenin daxil ediləcəyi bildirilmişdi. Yekunda seçim azərbaycanlı futbolçunun xeyrinə edilib.







