“Bizim hamımıza Vinisiusun ən yaxşı versiyası lazmdır”
“Real”ın qapıçısı Tibo Kurtua əmindir ki, komanda yoldaşı Vinisius Junior yaxın vaxtlarda əvvəlki formasını bərpa edəcək.
Msport.az xəbər verir ki, braziliyalı hücumçu avqustan bu yana fərqlənə bilmir. O, 13 oyunda yalnız 1 qol vurub.
“Biz hamımız bir-birimizə dəstək oluruq. Vinisius eyni zamanda həm xöşbəxtdir, həm də özünü tənqid edir. Karyer ərzində hər mövsüm 9-10 balla oynamaq mümkün deyil. Mən bildiyim qədəri ilə bunu yalnız Messi və Ronaldo bacarıb.
Bu yaxınlarda gördüm ki, o, necə parlaq oynayır. Vinisiusa meydanda azadlıq lazımdır. Bizim hamımıza Vinisiusun ən yaxşı versiyası lazmdır” – Kurtua belə deyib.







