"Məzmunlu oyunla layiqli qələbə qazandıq" - Elmar Baxşıyev
Azərbaycan Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (2:1) sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev CBC Sport-a açıqlama verib.
Msport.az xəbər verir ki, o, nəhayət, qələbə qazandırlarına görə sevincli olduqlarını deyib:
“Son qələbəmizi 6 tur öncə əldə etmişdik. Ona görə də bu 3 xal bizim üçün vacib idi. Keçmiş oyunları da nəzərə alsaq, qələbəyə layiq idik. Sadəcə hardasa nəsə çatmırdı. Şükürlər olsun ki, bu gün məzmunlu oyunla layiqli qələbə qazandıq”.
Baxşıyev Mursad Musayevin start heyətində olmaması və onun yerinə müdafiənin mərkəzində İlkin Qırtımovun oynaması ilə bağlı sualı belə cavablandırıb: “Komandada əsas və ya ehtiyat oyunçular fikiri ilə yanaşmırıq. Sadəcə matça kim daha yaxşı hazır olursa, onun üzərində dayanırıq. Qarşıdakı oyunlarda Muradı da meydanda ilk onbirlikdə görə bilərik. Əyyub Allaşı da”.
AYXAN







