featured-image-4042

“Milan” İtaliya A seriyasında 2021-2022-ci illər mövsümünün qalibi olub.

Msport.az xəbər verir ki, Stefano Piolinin komandası son turda “Sassuolo”nu səfərdə 3:0 hesabı ilə məğlub edib.

“Milan” bu qələbədən sonra xallarının sayını 86-ya çatdırıb və 2010-2011 mövsümündən sonra ilk dəfə çempion olub. “İnter” mövsümü 2-ci yerdə başa vurub.

İtaliyada ötən mövsüm “İnter” skudettonu qazanmışdı, buna qədər isə “Yuventus” ardıcıl 9 dəfə çempion olmuşdu.

 

22 may

20:00. “İnter” – “Sampdoriya” – 3:0

Qollar: Perişiç, 49, Korrea, 55, 57

20:00. “Sassuolo” – “Milan” – 0:3

Qollar: Jiru, 17, 32, Kessie, 36

 

Bənzər xəbərlər