“Milan” Leaunu satmağa razılıq verdi
“Milan” hücumçusu Rafael Leaonu satmağa razılıq verib.
Msport.az xəbər verir ki, buna portuqaliyalı futbolçunun A Seriyasının XXIX turunda “Latsio” ilə matçda (0:1) əvəzlənməsinə verdiyi emosional reaksiya səbəb olub.
Martın 15-də baş tutan qarşılaşmanın 66-cı dəqiqəsində meydanı tərk etməli olan 26 yaşlı forvard narazılığını aktiv şəkildə ifadə etməyə başlayıb. Leao ona dəstək olmaq istəyən komanda yoldaşlarını itələyib və baş məşqçi Massimiliano Alleqriyə etirazını bildirib.
Klub rəhbərliyi müqavilədəki 170 milyon avro təzminat məbləğinə baxmayaraq, futbolçu üçün gələn 80 milyon avrodan başlayan təklifləri dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”da çıxış edir.







