U-20 yenidən İraqla qarşılaşır
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət mili komandası bu gün yoldaşlıq oyununa çıxaacaq.
Msport.az xəbər verir ki, Ruy Jorjenin rəhbərlik etdiyi kollektiv bu gün İraqın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirilən ilk matç 0:0 hesabı ilə nəticələnib.







