featured-image-17288

Qətərdə keçiriləcək dünya çempionatına yollanan Uruqvay millisinin qapıçı Sebastyan Sosanın anası vəfat edib.

Msport.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu buna görə millinin düşərgəsindən ayrılaraq ailəsi ilə birlikdə Uruqvayın paytaxtı Montevideoya yollanıb.

Komanda yoldaşları qapıçıya dəstək olmaq məqsədilə məşqə bir dəqiqəlik sükutla başlayıblar.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Uruqvay millisi H qrupunda Portuqaliya, Qana və Cənubi Koreya ilə mübarizə aparacaq.

Bənzər xəbərlər