featured-image-37905

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası formatında təşkil olunan Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Xorvatiyada təşkil olunan matçda millimiz meydan sahibi komanda ilə qarşılaşıb. Oyun 8:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimiz seçmə mərhələdə sonuncu matçını oktyabrın 8-də Malta yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, U-17 millisi daha əvvəl Lüksemburqa uduzmuşdu – 0:1.

Bənzər xəbərlər