Millimiz Albaniyaya uduzdu - YENİLƏNDİ
Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Albaniya millisi ilə üz-üzə gəlib.
Msport.az xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində baş tutan matçda yığmamız 1:3 hesabı ilə məğlub olub.
“Haladas SportKomplexum”dakı qarşılaşmada hesabı 12-ci dəqiqədə Nedim Bayrami açıb. 81-ci dəqiqədə Rey Manay fərqi artırıb. 88-ci dəqiqədə Qyazim Lyaçi yığmamızı üçücü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Millimizin yeganə qoluna isə 89-cu dəqiqədə Musa Qurbanlı imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq
————————————
Azərbaycan millisi beynəlxalq yoldaşlıq matçına çıxacaq.
Msport.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda Albaniya yığması ilə görüşəcək.
Macarıstandakı “Haladas SportKomplexum”dakı matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü macar Mihali Kaprali idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan kollektivi ilə qarşılaşacaq.