featured-image-49071

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.

Msport.az xəbər verir ki, bu gün 1/8 final oyunları keçiriləcək.

Azərbaycan millisi Bolqarıstanla qarşılaşacaq. Qrupda üç qələbə qazanan Elşad Quliyevin yetirmələri seriyanı davam etdirmək üçün meydana çıxacaq. Komandamız qələbə qazanacağı təqdirdə 1/4 finalda Qazaxıstan – Sloveniya cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Avropa çempionatı
1/8 final
5 iyun
19:30. Azərbaycan – Bolqarıstan

Qeyd edək ki, yığmamız bunadək Belçikaya 3:0, İtaliyaya 2:1, Fransaya 3:1 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər