featured-image-57406

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Msport.az xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gələcək.

Hazırda 4 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Tallində yığma komandamız üzərində 3:1 hesablı qələbə qazanan estonlar isə 3 xalla üçüncüdürlər.

Qeyd edək ki, millimiz qrupdakı son görüşündə səfərdə İsveçin qonağı olacaq.

UEFA Millətlər Liqası
C liqası, V tur
16 noyabr

18:00. Azərbaycan – Estoniya 
Baş hakim: Con Beaton (Şotlandiya)
Qəbələ şəhər stadionu

Bənzər xəbərlər