featured-image-57442

Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, yığmamız Millətlər Liqasında V turun matçını keçirib.

C liqasının I qrupunda yer alan komandamız Qəbələdə Estoniya yığmasını qəbul edib. İlk dörd turda xal qazanmayan Fernandu Santuşun yetirmələri ilk qələbəsini qazanmaq şansını qaçırıb. 90 dəqiqə ərzində komandaların səyləri nəticəsiz qalib və qapılara qol vurulmayıb. Qrupda ilk xalını qazanan millimizin sonuncu pilləni tutacağı dəqiqləşib.

Qeyd edək ki, qrupun digər görüşündə Slovakiya İsveçin qonağı olacaq.

Bənzər xəbərlər