Millimiz Lixtenşteyn səfərində
Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunununa çıxacaq.
Msport.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşacaq.
Vaduts şəhərindəki “Reynpark” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 3 oyundan 5 xalla qrup lideridir. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü pillədədir.
Yığmamız Lixtenşteynə qalib gələcəyi təqdirdə son oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vuracaq.
Əlavə edək ki, yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq. Odur ki, Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.
13 noyabr
23:45. Lixtenşteyn – Azərbaycan
Baş hakim: Kristo Tohver (Estoniya)
“Rheinpark” stadionu, Vaduz







