featured-image-84806

“Neftçi”nin sabiq futbolçusu Soni Mustivar məşqçi kimi fəaliyyət göstərir.

Msport.az xəbər verir ki, “Bastiya”nın yetirməsi bu kluba dönüb.

2023-cü ildə futbolçu karyerasını başa vuran 36 yaşlı mütəxəssis “Bastiya”nın U-17 komandasının köməkçi məşqçisi vəzifəsinə təyin olunub. Bu təyinatla bağlı təəssüratını bildirən keçmiş yarımmüdafiəçi futbolçu vaxtı keçdiyi yoldan da qısaca danışıb. O, ən gözəl illərini 2012-2015-ci illərdə “Petrolul”un heyətində Rumıniyada keçirdiyini söyləyib.

Qeyd edək ki, Soni Mustivar 2018-2020-ci illərdə ölkəmizdə “Neftçi”nin formasını geyinib.

Bənzər xəbərlər