featured-image-63824

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılır.

Msport.az xəbər verir ki, 2009-cu il təvəllüdlülərdən ibarət yığmamız bu gün ilk oyununu keçirəcək.

Komandamız Moldovanın paytaxtı Kişineuda təşkil olunan turnirdəki ilk matçında meydan sahibləri ilə qarşılaşacaq. “Zimbru” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, millimiz turnir çərçivəsində aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə üz-üzə gələcək.

Bənzər xəbərlər