Millimiz Qazaxıstana qalib gəldi
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirib.
Msport.az xəbər verir ki, A milli Qazaxıstan yığması ilə qarşılaşıb.
Çimkənd şəhər stadionunda təşkil olunan oyun Siyasət Əsgərovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 27-ci dəqiqədə Esra Manya və 82-ci dəqiqədə Sevinc Cəfərzadə vurublar.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoldaşlıq görüşü oktyabrın 27-də təşkil olunacaq.







