featured-image-49119

Minifutbol üzrə Avropa çempionatı davam edir.

Msport.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan yarışda 1/4 final matçları keçiriləcək.

Azərbaycan millisi Qazaxıstanla üz-üzə gələcək. Çempionatda keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Elşad Quliyevin yetirmələri seriyasını davam etdirmək üçün meydana çıxacaq. Yığmamız yarımfinala adlamaq üçün ardıcıl 5-ci qələbəsini əldə etməlidir.

Avropa çempionatı
1/4 final
6 iyun
19:00. Qazaxıstan – Azərbaycan

Qeyd edək ki, yığmamız bunadək qrupda Belçikaya 3:0, İtaliyaya 2:1, Fransaya 3:1, 1/4 finalda Bolqarıstana 3:1 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər