Millimiz sonuncu oyununu keçirdi
Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi turnirdə çıxışını başa vurub.
Msport.az xəbər verir ki, komandamız bu gün Rusiya yığması ilə üz-üzə gəlib. Oyun rəqibin 7:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Qüdrət Qasımzadə fərqlənib.