featured-image-48731

Kişilərdən ibarət 3×3 basketbol üzrə millimiz, təlim-məşq toplanışı çərçivəsində Seribayanın Novi Sad şəhərinə yola düşüb.

Msport.az xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı və Kamran Məmmədovdan ibarət heyətə, qarşıdakı günlərdə Cordan Deyvisin də qoşulması gözlənilir.

Bu basketbolçular arasından seçiləcək 4 nəfərlik yekun heyətə isə, məhz hazırlıq prosesinin sonlarında qərar veriləcək.

7 iyun tarixinə qədər davam edəcək toplanışın əsas məqsədi, 8-9 iyun Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə hazırlaşmaqdır.

Qeyd edək ki, millimiz təsnifat mərhələsinin “B” qrupunda, Kosovo, Kipr, Albaniya və Ermənistan seçmələri ilə qarşılaşacaq

Bənzər xəbərlər