featured-image-49022

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

Msport.az xəbər verir ki, yığma B Liqasının I qrupunda Bakıda Türkiyə komandası ilə üz-üzə gələcək.

“Liv Bona Dea Arena”dakı qarşılaşma saat 19:00-da start götürəcək. Millimiz mayın 31-də bu rəqibə minimal hesabla uduzub – 0:1.

Milli üç oyunda bir xalla sonuncu sırada qərarlaşıb. Qardaş ölkə təmsilçisi isə altı xalla ikincidir.

Qeyd edək ki, AVRO-2025-in əsas mərhələsi İsveçrədə olacaq.

Bənzər xəbərlər