featured-image-35513

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi avqustun 20-dən 28-dək Estoniyanın paytaxtı Tallində təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma turnirdə üç oyun keçirəcək.

U-15 avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya, 27-də isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qeyd olunan turnirə hazırlıq məqsədilə milli avqustun 16-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.

Bənzər xəbərlər