featured-image-82628

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

Msport.az xəbər verir ki, U-20 oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya ilə qarşılaşacaq.

Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, U-20 millisinin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək davam edəcək.

Bənzər xəbərlər