Millimizdən əzmkar qələbə
Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Msport.az xəbər verir ki, Qazaxıstanla üz-üzə gələn Arif Əsədovun rəhbərlik etdiyi yığma 3:2 hesablı qələbə qazanıb.
Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda baş tutan qarşılaşmaya aktiv başlayan rəqib komanda 2-ci dəqiqədə Yan Voroqovskiylə hesabı açıb. 28-ci dəqiqədə Maksim Samorodov növbəti dəfə millimizin qapısına yol tapıb.
Bununla belə, futbolçularımız fasiləyə 3 dəqiqə qalmış Mahir Emreli ilə hesab arasındakı fərqi minimuma endirib. 51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov “status-kvo”nu bərpa edib. Yığmamızın qələbə qoluna isə 73-cü dəqiqədəToral Bayramov imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə uduzub.