Millimizdən heç-heçə
Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series – Edition 2024” layihəsində növbəti oyununu keçirib.
Msport.az-ın məlumatına görə, yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb – 1:1.
59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev hesabı açıb. 87-ci dəqiqədə Musa Qurbanlı tarazlığı bərpa edib.
Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.