Millimizin futbolçusu Bolqarıstan klubunda - 3 illik müqavilə
Azərbaycan millisinin və “Zirə”nin futbolçusu Cəlal Hüseynov karyerasını Bolqarıstanda davam etdirəcək.
Msport.az saytına daxil olan məlumata görə, 20 yaşlı müdafiəçi “Arda” klubu ilə anlaşıb.
Bütün detallarda razılığa gələn tərəflər yaxın günlərdə 3 illik rəsmi müqaviləyə imza atacaqlar.
Qeyd edək ki, Cəlal Hüseynov ötən mövsümü icarə əsasında “Şamaxı” komandasında keçirib.