featured-image-37769

DÇ-2024-ün elit-raund mərhələsində oktyabrın 6-da Bakıda, 5 gün sonra isə Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Msport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 2-dən etibarən təlim-məşq toplanışına başlayacaq yığmanın baş məşqçisi Vitali Borisov 14 futzalçıya dəvət göndərib.

Onlardan ikisi qapıçı, 12-si isə sahə oyunçularıdır.

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Murad Quluzadə (“Baku Fire”), Maneka (“A Studio Futsal Nyiregyhaza”, Macarıstan), Qabriel Bastos (“Doukas”, Yunanıstan).

Bənzər xəbərlər