Millimizin İsveç və Xorvatiya ilə oyunlar üçün heyəti açıqlandı
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının əsas seçmə mərhələsində İsveç və Xorvatiya yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından Msport.az saytına verilən məlumata görə, baş məşqçi Vitali Borisov 15 oyunçuya dəvət göndərib.
Milli komanda əsas seçmə mərhələnin son matçlarına hazırlıq məqsədilə aprelin 6-dan 8-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Qapıçılar: 1. Emin Kürdov (“Araz-Naxçıvan”), 2. Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), 3. Kamran Hacıyev (“Baku Fire”)
Sahə oyunçuları: 4. Novruz Kazıxanov, 5. Xəzər Ağalızadə (hər ikisi “Araz-Naxçıvan”), 6. Mirzə Əmirov, 7. Fərid Atakişiyev, 12. Emil Həsənzadə, 15. Eldar Zeynalov (hamısı “Neftçi”), 8. Tofiq Mikayılov, 9. Oktay Rüstəmli, 10. Murad Quluzadə, 11. Nihad İsmayılov, Kənan Manafov, Nurlan Mehdizadə (hamısı “Baku Fire”).
Qeyd edək ki, aprelin 11-də səfərdə İsveçlə qarşılaşacaq Azərbaycan millisi 4 gün sonra Bakıda Xorvatiya yığmasını qəbul edəcək.