Millimizin kapitanı De Byazini tənqid etdi: "Aramızda xoş olmayan söhbətlər yarandı"
Qarabağ”ın kapitanı Maksim Medvedev İTV-də yayımlanan “Bol İdman” verilişinin qonağı olub.
Msport.az xəbər verir ki, 33 yaşlı müdafiəçi milli komandada baş məşqçi Canni De Byazi ilə olan söhbətlərindən danışıb:
“Oyunların birindən sonra Canni De Byazi ilə matçı müzakirə edirdik. Ona dedim ki, həftə ərzində bir taktika üzərində işləyirik, eksperiment aparırmış kimi, oyuna 1-2 gün qalmış onu dəyişirsən. Oyunçular da hara qaçacağını, hara açılacağını bilmir. Çünki əziyyət çəkən bizik. Yəni, aramızda xoş olmayan söhbətlər yaşandı”.
Təcrübəli futbolçu bir müddət əvvəl Qara Qarayevlə Canni De Byazi arasında yaşanan problemə də münasibət bildirib: “Hər kəs özünə görə haqlıdır. Amma məncə, burada məsələ Qaranın boyunun kiçik olması ilə bağlı deyil. Nə oldu, indiyə qədər millidə Eddi də var idi, amma oynayan Qara idi. Eddi oynamağa başladı, Qaranın boyunun kiçik olduğunu bildirirsən?”.
Maksim Azərbaycan millisinə öz namizədinin sabiq komanda yoldaşı, hazırda “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov olduğunu da deyib:
“Milli komandamızın baş məşqçi postuna ən yaxın namizəd Rəşad Sadıqovdur. Onu baş məşqçi postuna təyin edib, öz komandasını qurmaq üçün 3-4 il də vaxt versələr… Ondan sonra nəticənin necə olacağını görərik”.