Cüdo: Kotsoyev bürünc medal uçün mübarizə aparacaq
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Avropa çempionatı davam edir.
Msport.az xəbər verir ki, bu gün milli komandamızın daha 3 üzvü mübarizəyə qoşulub.
100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev Şimali Makedoniya, Ukrayna və Macarıstandan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda Niderland təmsilçisi Simeon Katarinə uduzub. Kotsoyev bürünc medal uğurunda görüşə çıxacaq.
Kənan Nəsibov (+100 kq) və Mədinə Kaysinova (+78) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.
Xatırladaq ki, Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Çkayev (81 kq) bürünc mükafata sahib olublar.







