Millimizin qapıçısı “Astana”ya keçdi
Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstanın “Astana” klubuna keçib.
Msport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 33 yaşlı qapıçı buna qədər Qazaxıstanın digər klubu “Atırau”da çıxış edib.