featured-image-69346

Azərbaycan millisinin sabiq futbolçusu İlkin Qırtımov karyerasını I Liqada davam etdirəcək. Msport.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Zaqatala” klubunun şərəfini qoruyacaq.

Təcrübəli oyunçu son olaraq “Kəpəz”də çıxış edib. O, karyerası ərzində “Simurq”, “Keşlə”, “Neftçi”, “Zirə” və “Qəbələ” komandalarının da formasını geyinib.

Qırtımov Azərbaycan millisində

Bənzər xəbərlər