Millimizin üzvü “Araz-Naxçıvan”da
UEFA Çempionlar Liqasının hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır.
Msport.az xəbər verir ki, “qırmızı-ağlar” bu dəfə millinin gənc üzvü ilə anlaşıb.
Belə ki, İlham Alıyev qarşıdakı mövsümü çempionun heyətində keçirəcək. İlk dəfə bu gün Tbilisidə Gürcüstan yığması ilə yoldaşlıq matçında əsas millinin heyətində meydana çıxan futzalçı buna qədər U-19-un formasını geyinib.
Qeyd edək ki, braziliyalı Kadinyonu, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.