Millinin baş məşqçisi qovuldu
Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib.
Msport.az xəbər verir ki, 50 yaşlı mütəxəssislə ayrılıq qərarına səbəb yığmanın mart ayındakı uğursuz çıxışı olub.
Belə ki, qanalılar yoldaşlıq görüşlərində Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olublar. Ümumilikdə isə komanda ardıcıl dörd oyundur məğlubiyyətlə üzləşir.
Qeyd edək ki, 2024-cü ilin martından komandaya rəhbərlik edən Addo gələn il keçiriləcək dünya çempionatına 10 həftə qalmış işini itirib. Qana millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.







