featured-image-61825

Futbol üzrə Azərbaycan I Liqasında XV tura yekun vurulub.

Sportnet.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

“Mingəçevir” yeni sponsorun gəlişindən sonra ilk, mövsüm ərzində isə 2-ci qələbəsini qazanıb. Komanda səfərdə “Baku Sportinq”i 1:0 hesabı ilə üstələyib.

“Difai” isə öz meydanında “Qaradağ Lökbatan”ı məğlub edib – 2:1.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qəbələ” MOİK-ə 4:0, “İmişli” “Zaqatala”ya 1:0 hesabı ilə qalib gəlib, “Karvan” isə “Cəbrayıl”la heç-heçə edib – 1:1.

Bənzər xəbərlər