featured-image-59852

“Mingəçevir” I Liqada qalmaq üçün heyətə yeni legionerlər cəlb edəcək. Msport.az xəbər verir ki, Adnan Əhmədzadəyə bağlı ASTA şirkətinin himayəsinə keçən klub heyəti gücləndirməyə çalışır.

“Nur şəhəri” təmsilçisi artıq iki nigeriyalı futbolçu ilə razılığa gəlib. Bunlardan biri vaxtilə “Qaradağ Lökbatan”da çıxış etmiş Akyam Fanen Josepdir.

Qeyd edək ki, “Mingəçevir” 6 xalla turnir cədvəlində sonuncu, 10-cu yeri tutur. Komandanın bəzi futbolçuları oyun alqı-satqısında ittiham olunur və onlar barədə araşdırma aparılır.

Bənzər xəbərlər