"Emrelidən bir az daha aktivlik istəyirəm"
Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze komandanın hücumçuları Mahir Emreli və Stefanos Tsimas haqda danışıb.
Msport.az xəbər verir ki, “Berliner Kurier”ə danışan almaniyalı mütəxəssis millimizin frovardı barədə bunları deyib:
“Bəzən mənə elə gəlir ki, onlar bir-birlərinə hələ tam öyrəşməyiblər. Bununla belə, Tsimas artıq topu saxlaya bilir. Mahir Emrelidən bir az daha aktivlik istəyirəm. Hərəkətdə olanda onun nə qədər dinamik ola biləcəyini görürük”.