featured-image-56903

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze II Bundesliqanın XI turunda “Hamburq”la matçda Azərbaycan millisinin futbolçusu Mahir Emrelidən razı qalmayıb.

Msport.az “Bild”ə istinadən xəbər verir ki, mütəxəssisi 27 yaşlı hücumçunun çıxışını qiymətləndirib:

“Mahir Emreli o qədər də yaxşı oynamadı. “Topla yetərincə çalışmadı və kifayət qədər çevik deyildi”.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb, “Nürnberq”in yeganə qoluna 63-cü dəqiqədə Mahir Emreli imza atıb.

Bənzər xəbərlər