featured-image-84923

Xorvatiya yığmasının futbolçusu Luka Modriç milli komandada keçirdiyi matçların sayına görə argentinalı oyunçu Lionel Messiyə çatıb.

Msport.az xəbər verir ki, bu, noyabrın 15-də Millətlər Liqasının qrup mərhələsinin VI turunda xorvatların Çexiya kollektivini məğlub etdiyi qarşılaşmada reallaşıb.

Görüş Xorvatiyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. L.Modriç millidəki 208-ci oyununa çıxıb.

Qeyd edək ki, hazırda portuqaliyalı Kriştiano Ronlado milli komandalar tarxində ən çox oyun (234) keçirən futbolçudur.

Bənzər xəbərlər