featured-image-44196

I Liqada keçirilmiş MOİK – “Qaradağ Lökbatan” matçında baş verən neqativ hallarla bağlı qərarlar verilib.

Msport.az xəbər verir ki, AFFA İntizam Komitəsi ev sahiblərindən iki nəfərə ağır cəza tətbiq edib.

Matçın 90+1-ci dəqiqəsində məşqçi Orxan Səfiyarov hakimləri təhqir etdiyi üçün 5 oyun cəzaya məruz qalıb, klubu 400 manat ziyana salıb.

MOİK-in futbolçusu Nazim Məmmədzadə isə son saniyələrdə qeyri-etik ifadə və ya hərəkət səbəbindən 3 görüşlük diskvalifikasiya olunub, ordu klubu 200 manat cərimələnib.

Bənzər xəbərlər