featured-image-73052

“Monako”nun hücumçusu Takumi Minamino ağır zədə alıb. Msport.az xəbər verir ki, yaponiyalı futbolçu Fransa çempionatının 1\32 final mərhələsində “Oser”lə görüşdə (2:1) sıradan çıxıb.

30 yaşlı futbolçunun çarpaz bağları sınıb. O, uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Minamino bu mövsüm 21 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər