featured-image-39726

Azərbaycan karateçiləri Rusiyanın paytaxtı Moskvada keçirilmiş beynəlxalq turnirdə yeddi medal qazanıblar.

Federasiyadan Msport.az saytına verilən məlumata görə, Asiman Qurbanlı və Mədinə Sadıqova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Finalda uduzan Rafiz Həsənov gümüş mükafatla kifayətlənib.

Roman Heydərov (kata), Hüseyn Məmmədli, Nuran Rza-Zadə və Abbas Dadaşov isə üçüncü yeri tutublar.

Qeyd edək ki, turnirdə 27 ölkədən 331 idmançı iştirak edib. Onların arasında Avropa və dünya çempionatının mükafatçıları, Olimpiya çempionları da olub.

Bənzər xəbərlər